Əlaqə Arxiv
news Image
2013.09.12
16:15
| A A A
Xristianlar Tanrı deyəcəklər, yoxsa Allah?

Movqe.Az xəbər verir ki, Malayziya məhkəməsi Roman Katolik Kilsəsinin yerli qəzetində Xristianların "Tanrı" anlayışı əvəzinə "Allah" sözünün istifadə etməməsinə qərar verəcək. Bu ay ərzində verilməsi gözlənilən qərar, ölkədəki Müsəlmanların əksəriyyət tərəfindən də yaxından izəlnilir. Qərarın, Malayziyadakı mətbuat və din azadlığı sahələrində rolu olması gözlənilir. İddia keçirilən məhkəmə zalının ətrafında yüzlərlə nümayişçi toplanıb. Nümayişçilərin bəzilərinin əllərindəki "Allah adı yalnız Müsəlmanlara aiddir", "Allahın adını qanınızın son damlasına qədər müdafiə edin" yazılı plakatlar diqqət çəkib. İddiaya mövzu olan hadisə isə Malayziyadakı Herald adlı Katolik qəzetinin, Bahasadakı Xristian kütləyə xitab edərkən "Allah" sözünü istifadə etmiş olmasıdır. Kilsə, "Allah" kəlməsinin Xristianlar üçün də hörmət edilən bir söz olduğunu bildirib. Malayziyadakı Xristian federasiyası isə Malayziyadakı Xristianların 60 faizinin Tanrı sözü əvəzinə "Allah" sözünü istifadə etdiyini söyləyir. 2007-ci ildə Daxili İşlər naziri Syed Hamid Albarn, Allah sözünün yalnız müsəlmanlar tərəfindən istifadə edilməsi səbəbiylə qəzetin bu sözü istifadə etməsini qadağan etmişdi. Bu səbəblə  Kuala Kumpur Baş yepiskopu da iddia açmışdı. 2009-cu ildə Ali Məhkəmə, Kilsənin Allah sözünü istifadə etməsinin qanuni haqqı olduğunu iddia etmişdi.  Qəzet də 2010-ci ilə qədər sözü istifadə etməyə davam etmiş, ancaq daha sonra məhkəmə, hökumətin başlatdığı apelyasiya prosesi nəticələnənə qədər sözün istifadəsini qadağan etmişdi.

Sizin Reklam Yeriniz