Movqe.Az xəbər verir ki, Applen-ın Çərşənbə axşamı günü reallaşdırdığı və iPhone-un 5S və 5C modellərini təqdim etdiyi fəaliyyətdən sonra, Samsung 64 bit prosessorunu tanıdıb. Yüksək səviyyəli Samsung səlahiyyətlisi, iPhone 5S-də olan 64 bit prosessorun yeni nəsil telefonlarında olacağını iddia edib. Apple, 10 Sentyabrda reallaşdırdığı fəaliyyətdə dünyanın ilk 64 bit prosessorlu A7 çipine sahib telefonu iPhone 5S-i təqdim edib. Köhnə modelinə görə ən az 5 qat sürətli olduğu bildirilən iPhone 5S, əməliyyat sürəti, tətbiq performansı və kamera xüsusiyyətləriylə ağıllı telefon istifadəçilərinə unikal təcrübə təqdim etməyi hədəfləyir. Applenin ən böyük rəqibi Samsung, iPhone 5S-in əldə etdiyi uğurndan sonra, yeni telefonlarında 64 bit prosessor olacağını söyləyib.
Korea Times qəzetinə danışan Samsungun mobil vahidinin rəhbəri JK Şin, "yeni nəsil telefonlarında 64 bit CPU (mərkəzi prosessor vahidi) olacağını " bildirib. Engadget saytı, mikroprosessor Armdir ARMv8 64-bit texnologiyasının Samsung telefonlarında olacağını iddia edib.