Movqe.Az xəbər verir ki, Almaniyada mobil telefonu operatoruna təşkil edilən kiber hücumda şirkətin Almaniyadakı 2 milyon müştərisinin məlumatları oğurlanıb. Almaniyadakı Vodafone mərkəzindən edilən şərhdə, kiber təcavüzkarlar tərəfindən 2 milyon müştərinin məlumatlarının oğurlandığı, oğurlanan məlumatların, müştərilərin adı, ünvanı, doğum tarixi, cinsiyyəti və bank hesab nömrələri olduğu deyilib. Hücumun yalnız şirkət daxilindən alınan məlumatlarla edilə bildiyinə diqqət çəkilən şərhdə, hücumu kimin etdiyinin hələ də tam olaraq bilinmədiyi, lakin bir şübhəlinin olduğu və bu şəxsin evində axtarış edildiyi qeyd olunub. Təcavüzkarların, müştərilərin kredit kartı məlumatlarına, şifrələrinə, telefon nömrələri və ya əlaqə məlumatlarına daxil ola bilmədiyi vurğulanan şərhdə, şirkətin hadisə səbəbiylə böyük kədər duyduğu və təsirlənən müştərilərini mövzu haqqında məktubla məlumatlandıracağı deyilib.