Əlaqə Arxiv
news Image
2013.09.13
14:46
| A A A
Xəstəliyi məğlub etdi

Movqe.Az xəbər verir ki, ABŞ-da "beyin yeyən parazitə" yoluxduqdan sonra həkimlərin "Yaşamaz"dediyi 12 yaşındakı Kali Hardig sağlamlığına qovuşub, gələn həftə dərsə gedə biləcək. Arkansasda yaşayan Kali Hardig, keçən iyul ayında "Willow Springs Water" Parkda üzərkən "beyin yeyən parazit"ə yoluxmuşdu. Həkimlər, "Ameobik Menenqit ensefalit" diaqnozu qoyduqları Kalinin həyatda qalma ehtimalının cəmi 1 faiz olduğunu açıqlamış, ailəsi böyük kədər yaşamışdı. Bu xəstəlikdən son 50 ildə yalnız iki nəfər həyatda qalmağı bacarmışdı. Kali isə üçüncü nəfər olmağı bacararaq infeksiyanı məğlub etdi və həyatda qaldı. Keçən həftə aylardır qaldığı xəstəxanadan çıxan Kali, gələn həftə məktəbinə gedəcəyini söyləyərək "Mənim üçün dua edən hər kəsə çox təşəkkür edirəm" deyib.

Sizin Reklam Yeriniz