Movqe.Az xəbər verir ki, Rusiyanın qərbi Sibir bölgəsində Mixail Kazakov 88 yaşında ilk evliliyini 57 yaşlı Yelena Borovihlə edib. Yerli səlahiyyətlilər bölgədə qoca yaşda evliliyin son illərdə məşhur hala gəlməyə başladığını deyib. Region evlilik bürosu səlahiyyətlisi Lyudmila Dyandçenko, Kazakov və Brovihin evlilik üçün onlara müraciət etdiyini, bir-birlərini qəzet reklamında tanıdıqlarını söyləyib. Dyadçenko, "Son səkkiz ayda 17 min evlilik qeydi aldıq. Bunların içərisində yaşı 80-dən çox olanlar 9-10 faiz civarındadır"deyib. Dvadçenkoya görə ümumiyyətlə rəsmi evlilikləri olmadan yaşayan vətəndaşlar, hüquqi müafiəsini təmin etmək üçün həyatlarının sonuna doğru evlilik qeydlərini etdirir. Gəlin Borovih Ria Novostiyə etdiyi şərhdə Kazakovla 3 il əvvəl tanış olduğunu, soyadını dəyişdirməyi rədd etdiyi üçün də evlilik qeydlərini etdirmədiklərini deyib. Kazakov indi niyə evlənmək istədiyi sualına, "Zaman məsələsi .." olaraq cavab verir.