"Nokia Lumia 1520"in təqdimatı təxirə salındı
Movqe.Az xəbər verir ki, Nokianın 6 düym ekranlı Lumia telefonunun yeni üzvü Lumia 1520-ni gələn həftə Nyu Yorkda təşkil edilən bir açlış konfransıyla tanıdacağı deyilirdi. Lakin görünür bu tarix təxirə salınır. Reuters xəbərinə görə Nokianın yeni cihazının təqdimatını Microsoft tərəfindən satın alınmasından sonra fəaliyyətin oktyabrın ortasına təxirə salındığı qərara alınıb. Təqdimat üçün yeni yer hələlik dəqiq bilinmir, lakin istifadəçilərin Nokianın yeni ağıllı telefonu ilə oktyabr ayının sonuna doğru Amerikada tanış olacağı deyilir.