İsveçrə xalqı pərəncəyə qarşıdır?
Movqe.Az xəbər verir ki, İsveçrənin Tessin
kantonunda (inzibati ərazi bölgüsü) keçirilən referendumda xalqın
66 faizi pərəncə qadağası lehinə səs verib. Tessin əhalisi
"Heç kim ictimai sahədə və ya ictimai xidməti verən bir yerdə
(ibadət istisna olmaqla) üzünü bağlaya bilməz ya da bir qisimini
gizləyə bilməz" məzmunlu qanun layihəsinə təsdiq verərək
İslamofobiya mübahisələrini yenidən alovlandırıb. İsveçrə Xalq
Partiyası nümayəndəsi Volter Vobmanın "Layihəni ölkə daxilində
yayaq" deməsi müsəlman qruplar nəticəsində "İslamofobik bir qərar"
olaraq qiymətləndirilib.
Pərəncə(ərəb. برقع) (sinonimi: yapıncı, tək-tük hallarda çadra) — müsəlman ölkələrində, ələlxüsus Mərkəzi Asiya və Yaxın Şərqdə xalatı xatırladan və yalançı qolları olan, eləcə də üzü örtmək üçün torcuğu olan qadın üst geyimi.İranın cənubunda niqab kimi geyimə ki rəngli dekorasyonları var,pərəncə (burqa) deyilər.