Əlaqə Arxiv
news Image
2013.09.25
19:29
| A A A
"Android 4.4"ün ilk Ekran Görüntüləri!

Movqe.Az xəbər verir ki, Texnologiya bazarında irəli çıxan ağıllı cihazların seçdiyi Android əməliyyat sistemi daha bir yenilənməyə hazırlaşır. Hər yeni versiyasında get-gedə daha şirin yeməkləri özünə simvol olaraq təyin edən Android, bu dəfə də qarşımıza ləzzətli şokoladlar istehsal edən Nestlenin məhsulu KitKat ilə çıxır. Android 4.4-ün hansı tarixdə bazara çıxarılacağı haqqında hələlik dəqiq məlumat yoxdur. Nestlenin rəsmi Facebook səhifəsində paylaşılan məzmunda isə, "Ağıllı şokoladlarımız Android KitKat, Noyabr ayında fəaliyyətə başlayacaq." deyilib.  Samsung, LG, Sony, HTC və digər Android əməliyyat sistemli bütün cihazlar üçün yükləmə vəziyyətinə gətiriləcəyi bilinən KitKatın, Motorola və Google-ın Nexus modellərində yeniləməyə ehtiyac duyulmadan birbaşa olaraq gələcəyi bilinir. Androidin 4.3 Jelly Bean distributivində qara zəminin üstünə mavi tonlar gətirilərək ekran işığından edilən qənaətin cihazın istifadə müddətinə əks etdirildiyi bilinirdi. Andorid 4.4 KitKat distributivində isə ağ bir zəminin üzərində olan mavi dizayn xəttləri  yeni nəsil admiral gəmisi modellərinə fərqli bir həyəcan gətirəcək kimi görünür.



Sizin Reklam Yeriniz