Aerostat- külək mühərriki
Altaeros Energies şirkəti böyük hündürlüklərdə elektrik enerjisi
almaq üçün aerostat - külək mühərriki layihələndirib. Şirkətin
mütəxəssisləri artıq fəaliyyət göstərən və bir neçə sınaqdan çıxmış
prototip hazırlayıb. Airborne Wind Turbine adlı külək mühərrikindən
uzaq rayonlarda və hərbi bazalarda istifadə etməyi
planlaşdırırlar.
Qurğu içərisi heliumla doldurulmuş halqaşəkilli pərdəni xatırladır. Onun daxilində isə külək turbini vardır. Aerostat yerə troslar vasitəsilə bərkidilir.
Şirkətin hazırladığı prototip ölçüsü 10,7 m olan kiçildilmiş versiyadır. Sınaqların gedişində aerostat 107 m hündürlüyə qaldırılmışdır. Heliumla doldurulmuş mühərriyin səsi azdır, bundan başqa, onun havaya qaldırılmasına o qədər də güc sərf olunmur: bütün lazımi əməliyyatları yerdə yerinə yetirmək olar.