Əlaqə Arxiv
news Image
2013.12.02
14:07
| A A A
Enerji içkilərindən ehtiyyatlı olun!
Enerji içkilərinin tərkibindəki kofein kola və kofe kimi digər ikçkilərə görə düz 3 dəfə çoxdur.

Tədqiqatçılar xəbərdarlıq edir: tərkibində kafein olan enerji içkiləri ürək döyüntülərini dəyişir. Bu haqda Movqe.Az "BBC health"ə istinad edir. Almaniyada yerləşən Bonn Universitetinin kollektivi enerji içkisi içən 17 insanın ürəyilə bağlı araşdırma aparıb. İçki içdikdən sonra  daralmalar artıb. Onlar Şimali Amerikanın Radioloji Cəmiyyətinin keçirdiyi illik görüşdə bildiriblər ki,  uşaqlar və bəzi insanlar bu içkilərdən uzaq durmalıdırlar. Tədqiqatçı Dr. Cons : "Biz indiyə qədər enerji içkilərinin ürək funksiyalarına təsir edə biləcəyini bilmirdik. Enerji içkilərinin tərkibindəki kofein kola və kofe kimi digər ikçkilərə görə düz 3 dəfə çoxdur. Tərkibində yüksək miqdarda kofein olan enerji içkilərinin əks təsirləri də olur. Bunlara ürək döyüntülərin sürətlənməsi, qan təzyiqinin artması, ürəkkeçmə və nəhayət qəfil ölümlər daxildir. İştirakçılara tərkibində 100 ml-ə 32 mq kafein və 100 ml-ə 400 mq-a digər kimyəvi maddə olan taurin qatılmış içki verilib. Dr. Dorner: "Biz göstərdik ki, enrji içkilərinin qəbulu qısa müddətli ürək tutulmalarına təsir edir. 

Sizin Reklam Yeriniz