Corc Buş da Twitter-ə qoşuldu
ABŞ-ın 41-ci prezidenti 89 yaşlı Corc Buş (ata) Twitter sosial şəbəkəsində hesab açıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın keçmiş liderinin mikrobloqlar xidmətində yazdığı ilk tvit CAR-da bu ölkənin sabiq prezidenti Nelson Mandelanın cənazə duası ilə bağlı olub.
"Təəssüf ki, mən və Barbara (prezidentin xanımı)
bu gün ABŞ nümayəndə heyətinə qoşula və Mandelanın xatirəsini yad
edə bilmədik. Biz dualarımızla onun yanındayıq", - Corc Buş
yazıb.
Hesabın mövcudluğunun iki saatı ərzində ona 10 mindən çox insan abunə olub.
Xatırladaq ki, Nelson Mandela keçən həftənin cümə axşamı 96 yaşında dünyasını dəyişib.