Alimlər müəyyən edib ki, qoca yaşda sağlam qalmağın sirri xoşbəxt olmaq və şən həyat keçirməkdir. Bu haqda Movqe.Az "the telegraph"a istinadən xəbər verir. Elm adamları, xoşbəxt insanların daha fit və sağlam olmasıyla bağlı araşdırma apardıqdan sonra, şən həyat keçirməyin sağlam yaşlanmanın sirri olduğunu təsdiqləyiblər. Müəyyən olunub ki, gəzməyi sevən və gün ərzində daha çox fiziki hərəkət edən şəxslər şən olmayan insanlara nisbətən daha gec yaşlanır. Xoşbəxt təqaüdçülər yataqlarında daha az narahatlıq keçirir, geyiminə və duş almağına daha çox fikir verir.
"Tədqiqatlarımız göstərdi ki, həyatdan zövq alan insanlarda yaşlanma kimi fiziki funksiya daha gec baş verir" London Universitetindən DR. Andru Steptoe belə deyib.
Məqalə, Kanada Tibb Assosiya Jurnalında yayımlanıb.