Əlaqə Arxiv
news Image
2014.05.02
16:46
| A A A
Səhər tezdən sekslə məşğul olmaq qələm əhli üçün xeyrlidir
Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.   Səhər tezdən sekslə məşğul olmaq, xüsusilə də, qələm əhli üçün xeyrlidir. Əsəblər sakitləşir, əmək məhsuldarlığı artır, kollektivlə münasibətlərdə aqressiya aradan qalxır, düzgün qərar qəbul etmək ehtimalı artır, əks cinsin nümayəndələri ilə davranışda arzuolunmaz hallara yol verilmir. "Qobusnamə" əsərində ata oğluna məsləhət verir ki, çətin stiuasiyalardan öncə sekslə məşğul ol. Bu, hislərinin səni aldatmasının qarşısını alacaq.    Özünüzü tam olaraq seksə həsr edin İngiltərədə aparılan araşdırma zamanı isə kişilərin orqazmla ölümləri arasında əlaqə araşdırılıb. 10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.   Maraqlı pozalar düşünün! Həmçinin, müntəzəm orqazm prostat vəzi xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib. Seks ürəyiniz və damarlarınız üçün ən yaxşı məşqlərdən biridir. Belfast Queens Universitetində 1000 kişi üzərində aparılan araşdırmaya görə, seks ürək-damar sistemi üçün xeyirlidir.Araşdırma nəticəsində həftədə 3 dəfə, ya da daha çox sekslə məşğul olan kişilərin infarkt keçirmə nisbətinin yarıya düşdüyü ortaya çıxıb. Seks kaloriləri "yandırmanın" ən əyləncəli vasitəsidir. 30 dəqiqəlik bir yataq otağı fəaliyyətindən sonra təxminən 200 kalori "yandırırsınız".    Elə edin ki, sonra utanmayasız Seks yuxusuzluq problemi olanların da dərdinə dərman olur. Orqazmdan sonra endorfin sərbəst qalır, bu da beyində morfin təsiri yaradır, bədən boşalıb rahatlayır.   Seksin xeyrlərini saymaqla qurtarmaz Orqazmdan sonra ifraz olunan prolaktin hormonu beynin qoxu hiss etmə mərkəzini xəbərdar edir və nizamlı olduqda qoxu hiss etmə duyğusunu inkişaf etdirir.   Soyuqdəyməyə qarşı portağal-naringi yeməkdən əlavə edə biləcəyiniz digər bir iş bol-bol sevişməkdir. Aparılan araşdırmalara görə, həftədə bir, ya da iki dəfə sekslə məşğul olmaq immunitet sistemini 30 faizə qədər gücləndirir.   Gücünüzü nümayiş etdirin! Seks eyni zamanda bir ağrıkəsicidir. Orqazmdan öncə bədəniniz tam 5 qat daha çox oksitoksin ifraz edir. Oksitoksin də endorfin hormonunu hərəkətə gətirərək miqrendən artrit ağrılarına qədər bir çox şikayəti yüngülləşdirir.   Gülümsəmək ehtirası arıtır ABŞ-ın Kaliforniya Universitetinin əməkdaşları isə cinsi əlaqə zamanı qadınların ən çox şikayət etdikləri kişilərin cinsi əlaqədən dərhal sonra yatmağa meyl etməsinin səbəbini araşdırıblar. Nəticədə bu halın hormonal dəyişikliklə əlaqədar olduğu qənaətinə gəliblər. Mütəxəssislər məsələyə bu cür aydınlıq gətiriblər: "Kişilər cinsi əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər, həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən "prolaktin" adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq, cinsi əlaqə zamanı "prolaktin" hormonu ilə bərabər cinsi istəyi artıran "oksitosin" hormonu da ifraz olunur".   Seks həmçinin sizi birləşdirən dəyərdir Həftədə 3 dəfə cinsi əlaqə 10 il daha cavan görünmənizə səbəb olur. Aktiv seks həyatı kişinin sağlam görünüşünü təmin edən ikinci vacib şərt olduğu müəyyən edilmişdir. Edinburq xəstəxanasında yaşları 45-55 arası olan 3500 kişi arasında aparılmış araşdırmanın nəticəsinə görə belə bir fikrə gəlinib. Gənc görünmək üçün həftədə 3 dəfə cinsi əlaqədə olmaq yetərli sayılarkən, üç dəfədən çox olmağın əlavə heç bir faydası olmadığını da müəyyən ediblər.   Ruhunuzu qovuşdurun! Sekslə məşqul olmaq kişilərdə sümük və əzələlərin daha güclü olduğu bildirilir. Çox sekslə məşğul olan kişilər daha yaxşı qidalanmaya və daha çox idman etməyə meyilli olduqları da bəllidir.   Özünüzü peşəkarlar kimi aparın! Sən demə, qadınların gözəl və sağlam qalması üçün yalnız kremlər, kosmetik vasitələr, müxtəlif maskalar gərəkmirmiş. Artıq sekslə məşğul olaraq da gözəlləşməyin mümkünlüyü sübut edilib. 3500 amerikalı qadın üzərində araşdırma aparan elm adamları, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınların gənc və gözəl qaldığını ortaya çıxarıb.   Seks kin-küdurətdən uzaq saf hislər toplusudur! Belə ki, seks zamanı qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlardandır. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən azı 10 yaş daha gənc və gözəl görünürlər.   Özünüzü hər zaman ilk dəfə sekslə məşğul olurmuş kimi aparın! Yaxşı cinsi həyatın, beyin üçün də faydası böyükdür. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan daha çox işlək olmasıdır. Üstəlik sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı təklif edir.   Sevgi sekslə başlamır və qurtarmır Sonda bir məsləhəti də verməyi özümüzə borc bilirik. İşdəki gərginliyinizi heç vaxt özünüzlə yatağa aparmayır. Rəhbərlik və ya işçilər arasında gərginliyiniz olubsa, bunu evinizin kandarından içəri keçirməyin. Seksdən öncə tərəf müqabilinizlə əhval-ruhiyəni qaldıran söhbətlər edin. Yaxşı olardı ki, erotik məzmunlu lətifə danışasınız və ya həzin musiqi dinləyəsiniz. Əgər ereksiya prosesi gec baş verirsə, seks zamanı səhərki işiniz, sizə tapşırılan mövzular barədə düşünməsəniz yaxşıdır. 
Sizin Reklam Yeriniz