Əlaqə Arxiv
news Image
2014.05.06
11:30
| A A A
"iPhone"da təhlükəli problem aşkarlandı

"Apple"ın iOS platformasında kəşf edilən yeni zəifliyi uzun müddətdir istifadəçiləri narahat edir. 


Movqe.Az xəbər verir ki, "Apple"ın mobil platforması iOS 7də yeni olan bir səhv, iOS 7 cihazlardan göndərilən e-poçt əlavələrin "Məlumatın Qorunması" funksiyasına baxmayaraq şifrələnmədiyini ortaya çıxardıb. 


Təhlükəsizlik araşdırmaçısı Andreas Kurtz, iOS 7.1-li bir iPhone 4 üzərində test məqsədli bir IMAP e-poçt hesabı qurub. Bunun ardınca fayl sisteminə çatan Kurtz, bütün əlavə fayllara baxıla bilindiyini, faylların şifrələnmədiyini və ya girişə hər hansı bir məhdudiyyət olmadığını söyləyir. 


Kurtz, eyni problemin iOS 7.0.4 ilə çalışan iPhone 5s və iPad 2-də də yaşandığını söyləyir. 


Kurtza görə səhv, yalnız IMAP e-poçt hesablarını deyil, POP və ActiveSync hesablarını da əhatə edir. Səhv haqqında məlumat sahibi olduğunu söyləyən Apple, problemin nə zaman həll olunacağı haqqında məlumat vermir.

Sizin Reklam Yeriniz