Bu gün radio günüdür
Radio Günü, və ya Rusiyadakı bilinən adıyla Rabitə İşçiləri Günü və Bolqarıstandakı rəsmi adıyla Radio və Televiziya Günü, Rusiyada radionun icad edilməsinin xatirəsinə həsr olunan gündür. Movqe.Az xəbər verir ki, Radio günü hər il 7 mayda qeyd olunur. 7 mayın radio günü olaraq seçilməsinin səbəbi Aleksandr Stepanoviç Popovun 7 may 1895-ci ildə icad etdiyi radionu müvəffəqiyyətli bir şəkildə təqdim etməsindən irəli gəlir. 1895-ci ildə Popov Rusiyanın St.Petersburg şəhərində ixtirası olan radionu işlədib.Beləcə Popov, Şərqi Avropada radionu ixtira edən adam olaraq tanınınıb. Buna baxmayaraq Qərbdə Nikola Tesla və ya Guglielmo Markoni radionun ixtiraçısı olaraq qəbul edilməkdədir.
Radio Günü rəsmi olaraq Bolqarıstan və Rusiyada qeyd olunur.