Texnologiya nəhəngi "Apple"ın bir müddətdir səs sistemləri istehsalçısı "Beats"i satın almaq üçün danışıqlar etdiyi ortaya çıxıb.
"Financial Times"da yayımlanan xəbərə görə Apple və Beats uzun müddətdir müzakirə prosesindədir . "Apple"ın Beats'i 3.2 milyard dollara satın alacağı iddia edilib. Bu müqavilə reallaşsa Beats , "Apple"ın ən böyük satın alma əməliyyatı olacaq.
"Beats" qulaqlıqları hal-hazırda bir müddətdir Apple mağazalarında satışa təqdim edilib. Digər tərəfdən Beats də ötən həftələrdə "Appl"ın tətbiq daxili satın alma xüsusiyyətini istifadə etməyə başlamış və "Apple"ın da bu gəlirdən payını almasını təmin etmişdi.
Beats alışıyla birlikdə "Apple"ın yeni çıxacaq iPhone , iPod , iPad , MacBook və iMac-lərinin Beats dəstəyi qazanacağı və "Apple"ın səsə üstünlük verəcəyi deyilir.