Yay fəsli yaxınlaşarkən günəşlə əlaqədar bildiklərimizin əksini iddia edən bir araşdırma nümayiş olunub. İsveçli elm insanlarına görə günəş , qadınlarda ölüm riskini azaldır.
İsveçalimləri , 30 min qadını 20 il müddətində izləyib. Ortaya bildiklərimizin əksini iddia edən bir nəticə çıxıb. Araşdırmaya görə , günəşdən qaçınmaq qadınlarda ölüm riskini artırır.
Heç günəşqəbul etməyənlərin ölüm riskinin günəşlənənlərə görə 2 dəfə çox olduğu təsbit edilib. Mütəxəssislər səbəbin D vitamini əskikliyi ola biləcəyini söyləyib .
D vitamini sağlamlıq üçün əhəmiyyətlidir. Çünki D vitamini əskikliyi diabet , vərəm və sümük xəstəliklərinə tutulma riskini artırır.
D vitamininin döş xərçəngli qadınlarda ölüm riskini azaltdığı , əskikliyinin isə kişilərdə prostat xərçənginə gətirib çıxardığı da bilinir.