Əlaqə Arxiv
news Image
2014.05.12
13:19
| A A A
Dünya Futbol Çempionatında fanatları nələr gözləyir?

Braziliyaya gedən futbol fanatlarını nələr gözləyir? Təfərruatları Movqe.Az BBC-yə istinadən sizə təqdim edir:

 

Qiymətlər

 

Sao Paulo və Rio kimi əsas şəhərlərdəki otel qiymətləri olduqca bahadır və tur müddətində yaşayış yerlərinin qiymətlərinin daha kəskin artacağı gözlənilir. Şəhərdə nəinki yaşayış yerləri, içkilər belə başqa şəhərlərlə müqayisədə bahadır. Belə ki, Dünya Çempionatlığı ərəfəsində içəcəyiniz yarım litr pivə 21 sterlinq (27 manat) qiymətinə olacaq. Braziliya kokteyli olan kaipirinha isə sizə 9 (12 manat) sterlinqə başa gələcək.

 

Yol qiymətləri

 

Fifa baş katibi Jerome Vaklke cümə turustlərin şəhərlər arası uzun məsafədən əziyyət çəkəcəklərini söyləyib. Dəmiryoluyla şəhərlərarası məsafə 2 gün təşkil edə bilər. Ən yaxşı seçim təyyarədən istifadədir. Lakin təyyarə qiymmətləri də çox bahadır.


 

Sağlamlıq xəbərdarlığı

 

Manaus şəhəri malariya və sarı qızdırma deyilən xəstəliklərin mənbəyi hesab olunur. Burda ifrat dərəcədə öldürücü ağcaqanadlar mövcuddur. Manaus 2014 FIFA Dünya Kuboku üçün oynanacaq bəzi matçlara ev sahibliyi edəcək Braziliya şəhərlərindən biri olaraq seçilib.


 

İqlim

 

Braziliya iqlimi şəhərlərdən asılı olaraq dəyişir. Manaus mülayim və quru iqlimə malikdir. Temperatur 30 dərəcə, quraqlıq 80 faiz olacaq.

 

Cinayətlər

 

Rio və Sao Paulo kimi şəhərlərdə cinayət səviyyəsi çox yüksəkdir. Yanvar və Mart aylarında Rioda cinayət hadisələri 22 faiz artıb, 1.459 nəfər insan öldürülüb.


 

Etiraz aksiyaları

 

Dünya Çempionatlığı ərəfəsində ölkənin 100-dən çox şəhərində etirazlar keçiriləcək.  Bəzi insanlar turlara bu qədər pulların xərclənməsi əleyhinə etirazlara hazırlaşır. San Paulo etirazların mərkəzi olacaq.


 

Fanat bölgələri

 

Hər şəhərdə fanat zonaları olacaq ki, buradan oyunları biletsiz izləmək mümkün olacaq.

1. Belo Horizonte – Praca da Estacaoo;

2. Brasília – Esplanada dos Ministerios;
3. Cuiaba – Parque de Exposicoes;
4. Curitiba – Parque Barigui;
5. Fortaleza – Praia de Iracema (Aterrao);
6. Manaus – Memorial Encontro das Aguas;
7. Natal – Praia do Forte;
8. Porto Alegre – Praça Glenio Perez;
9. Recife – Marco Zero;
10. Rio de Janeiro – Praia de Copacabana;
11. Salvador – Jardim de Alah;
12. Sao Paulo – Vale do Anhagabau;



 Biletlər

 Əlavə biletlər tapmaq istəyən pərəstişkarlar FİFA-ın rəsmi saytına baxmalı olacaq. Bilet satışları əsas ev sahibliyi edən şəhərlərdə, həftədə 7 gün açıq olacaq.

 Beynəlxalq azarkeşlər üçün ilkin qrup oyunlarına biletlərin qiyməti 90 dollardan başlayacaq.

Beynəlxalq futbol federasiyası – FİFA həmçinin iyulun 13-də keçiriləcək final matçı üçün də ən ucuz və ən baha bilet qiymətini bildirib: 440 dollar və 990 dollar.

 Dünya çempionatı gələn il iyunun 12-də San Pauloda başlanacaq. Biletlər satışa avqustun 20-dən buraxılacaq.Azərkeşlərin bilet sifariş etmək üçün oktyabrın 10-dək vaxtları var. Sifariş edənlər üçün biletlər püşk əsasında satılacaq.

Sifarişli biletlərin satışı qurtarandan sonra, əgər varsa, biletləri kassalardan almaq olar. Ümumilikdə, 3 milyon bilet satışa çıxarılacaq. Braziliyalı azarkeşlər üçün biletlərin qiyməti 15 dollardan başlayacaq. Bu qiymətə biletləri yalnız tələbələr, yaşı 60-dan yuxarı olanlar və sosial təminat sistemindən maliyyələşənlər ala biləcəklər. Qalan braziliyalılar üçün ən ucuz bilet 30 dollara olacaq.

 

Passportlar

 Oyunu izləməyə gələn fanatlar 6 aylıq viza ala bilərlər. Onlar 90 gün ərzində biletlərini geri qaytara bilərlər. 



Sizin Reklam Yeriniz