Ölən balasını günlərlə buraxmadı
İndoneziyadakı Tangkoko Təbiəti Qoruma Milli Parkında yaşayan
meymun doğumdan qısa bir müddət sonra ölən balasının cəsədini
günlərlə kürəyində daşıyıb. Ana meymunun bu ürək ağrıdan
görüntülərini vəhşi təbiət fotoqrafı Andru Valmsley görüntüləyib.
Movqe.Az xəbər verir ki, ana meymun qucağındakı ölü balasına ətrafdakı heyvanların yaxınlaşmasına icazə verməyib və günlərlə yanından ayırmayıb. Makak meymunlarının nəsli, ovlanma səbəbiylə tükənmə riski altındadır.