Çin , Fransa və Yaponiya başda olmaqla dünyanın bir çox ölkələrindəki mədən ocağı qəzalarında , minlərlə insan həlak olub. İndiyə qədər ən çox ölümlü mədən qəzası 1942-ci ildə Çində meydana gəlib , Çindəki qəzada 1549 nəfər ölüb. Mədən qəzaları ümumiyyətlə qaz sıxışması , metan qazı partlayışı , karbonmonoksit zəhərlənməsi , kömür tozu partlayışında meydana gəlib.
Movqe.Az xəbər verir ki, Somada mədən ocağında meydana gələn və 205 nəfərin həlak olduğu qəzanın bənzərləri , dünyanın yaxın tarixinə damğasını vurur. Dünyanın ən ölümlü mədən ocağı qəzaları belə sıralanır :
Çin - Benzihu / 1942
Fransa - Courrieres / 1906
Yaponiya - Mitsubişi Hojyo / 1914
Çin - Laobaidong / 1960
Yaponiya - Mitsui Miike / 1963
Birləşmiş Krallıq - Senghenydd / 1913
Zimbabve - Wankie / 1972
Hindistan - Dhori / 1965
Hindistan - Chasnala / 1975
İngiltərə - Oaks / 1866
ABŞ - Mononghan / 1907