Əlaqə Arxiv
news Image
2014.05.21
21:25
| A A A
Çiyələk yeyin sağlam qalın

ABŞ və İsveçdə aparılan elmi araşdırma zamanı məlum olub ki, çiyələk arıqlamağa və bir çox xəstəlikdən qorunmağa yardım edir. Mütəxəssislərin fikrincə, çiyələyin tərkibində olan zəngin qida maddələri insan sağlamlığında əhəmiyyətli rol oynayır.


Qeyd edək ki, çiyələyin içindəki bəzi maddələr iştahın azalmasını təmin edir. Meyvə qan şəkərini idarə edərək insanın artıq çəkidən azad olmasına səbəb olur.


XRONİKİ XƏSTƏLİKLƏRƏ QARŞI QORUYUR: Çiyələkdə olan ellagic turşu və COX fermentləri yaraların və iltihablanmaların sürətlə yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Xroniki xəstəliklərə qarşı da qoruyucu təsirə malikdir.


AĞCİYƏR XƏRÇƏNGİNİN İNKİŞAFINI ÖNLƏYİR: Çiyələk şirəsində olan anti-şiş maddələri, ağciyər xərçəngi hüceyrələrinin inkişafını önləyir. 

Təcrübələr göstərir ki, çiyələk beynin yaşlanmasını da gecikdirir.


ÜRƏYİ QORUYUR: Çiyələyə qırmızı rəng verən maddə infarkt riskini azaldır və damarlardakı qan təzyiqini normada saxlayır.


Sizin Reklam Yeriniz