Əlaqə Arxiv
news Image
2014.05.22
14:24
| A A A
Qadınları sünnət edən həkim həbs olundu

Misirdə qadın sünnətləri (FGM) və bunun nəticəsində yaranan ölüm hadisləri davam edir. Ölkədə qadın sünnətləri qanuni olaraq qadağan edilsə də, əhali bunu dəstəklədiyi üçün sonu gəlmir. Bu dəfə 13 yaşlı məktəbli qızı sünnət edən və onun ölümünə səbəb olan  Raslan Fadl adlı həkim həbs edilib. Bu haqda Movqe.Az "Guardian"a istinad edir. O, kəndin sünnət etmək üzrə ən yaxşı həkimidir. Sohai əl-Bata adlı məktəbli qızın atası Məhəmməd-əl Bata və nənəsi də qızının ölümündə təqsirkar bilinib. Nənəsi qızın ölümünün onun taleyi , Allahın əmri olduğunu söyləyib. 40 yaşlı Diyarb Bektairs kənd sakini "Guardin"a : "Sünnət edilmək bizim qızlarımız üçün yaxşıdır. Qanunlar bunun qarşısını ala bilməyəcək, çünki kəndlilər sünnəti dəstəkləyir. Bizim babalarımız bunu edib, biz də həmişə edəcəyik".

 "Equality Now" adlı sağçı Misir təşkilatının nümayəndəsi Suad Əbu- Dayyeh də məsələyə münasibətini bildirib: "Əksər kəndlilər qadın sünnətinin Quranda Allah tərəfindən buyrulduğunu düşünür. Lakin bu belə deyil. Quranda qadın sünnətləri haqqında heç nə deyilmir. Bu islami yox, mədəni məsələdir. Faktdır ki, müsəlman ölkələrində qadın sünnətlərinin qadağa edilməsiylə bağlı fətva (islam hüququnda dini fərman)  da verilib. Bu məsələ misir kəndliləri, həkimləri və yarımçıq arvadları tərəfindən müzakirə olunaraq həll edilə bilər. Düşünürəm ki, bu uzun vaxt aparacaq".

 Qadın sünnətini dəstəkləyən, lakin heç vaxt belə bir əməliyyat etmədiyini vurğulayan həkim Əhməd əl-Məşədi: "Klitorisin kəsilməsi  qadına daha çox ləyaqət verir. Bu qadının çirkli bədən üzvündən təmizlənməsi üçün əhəmiyyətli əməliyyatdır. Əgər dırnağınınz çirklidirsə, onu kəsib atmazsınız?  deyib.  

 Misirdə qadın sünnətləri 200 misir paunduna (16.70 sterlinq, 23 manat) başa gəlir. Misir kəndlilərinin fikrincə , sünnət qadının ləyaqətini artırır, başqa kişilərə olan şəhvət hissini azaldır və onu zina etməkdən qoruyur.

Unicef, ölkədə qadınların  91 faizinin sünnət edildiyini, onların əksəriyyətinin 15-49 yaş arasında olduğunu bildirib.


 

Sizin Reklam Yeriniz