Selfi çılğınlığı , bu dəfə isə NASA-ya sıçrayıb və Qlobal Selfi fotoşəkili paylaşma rekordları qırır.
Olduqca çox diqqət çəkən görüntülərdə , nəhəng selfidə bütün dünyadan insanların fotoşəkilləri istifadə edilib.
3.2 gigapiksellik Qlobal Selfie mozaikası 36 min 422 nəfərin 22 Aprel Dünya Günündə sosial media saytlarında paylaşdığı fotoşəkillərdən meydana gəlib.
NASA bu il Dünya Günündə dünyanın hər tərəfindən olan insanlardan sadə bir sual soruşdu: " Hal-hazırda dünyanın harasındasınız? "
Sosial media vasitəsilə soruşulan bu problemin cavabının bir selfie ilə verilməsi istənib.
Məqsəd hər bir fotoşəkili bir piksel olaraq istifadə edərək "Qlobal Selfie " yaratmaq idi. Nəticədə ortaya kosmosdan dünya kimi görünən mozaika görüntüsü çıxıb. Lakin NASA -nın niyə belə bir fotoşəkili Selfi olaraq yayımlaması isə , başqa müzakirə mövzusu olaraq diqqət çəkib.