Əlaqə Arxiv
news Image
2015.07.13
16:20
| A A A
Çin, Uyğurlar üçün xəbərdarlıq verdi

Taylandın geri qaytardığı Uyğurları terrorist fəaliyyətlər planlamaqda günahlandıran Çin, ABŞ-a da etiraz xəbərdarlığı verib.



Movqe.az xəbər verir ki, Çin, Uyğurların Taylanddan geri qaytarılmasıyla əlaqədar beynəlxalq cəmiyyətdən gələn tənqidlərə cavab verib. Çin polisi, Taylandın geri qaytardığı 109 Uyğurun Yaxın Şərqdəki terror qruplarıyla əlaqəli olduğunu və bu kəslərin cihada qatılmaq üzrə Türkiyə üzərindən İraq və Suriyaya getməyi planladıqlarını açıqlayıb.

Ayrıca geri qaytarılan kəslərdən 13-nün daha əvvəl Çində terrorist fəaliyyətlərə qatıldığı və daha sonra Çindən qaçdığı iddia edilib.



Son dövrdə Sincan bölgəsində yaşayan Uyğurlara təzyiq tətbiq xəbərləriylə gündəmə gələn Çin, Uyğurların geri qaytarılmasına reaksiya göstərənləri qeyri-qanuni köçə göz yummaqla günahlandırıb.

Çin Xarici İşlər Nazirliyi, Uyğurların Taylanddan geri qaytarılmalarıyla bağlı görüntülərin yayımlandığı ABŞ-a da tək tərəfli mövqeyini səbəb göstərərək etiraz xəbərdarlığı verib. "ABŞ-ın səhv şərhlər edərək qeyri-qanuni köçü təşviq etdiyini" müdafiə edən Nazirlik, ABŞ-ı qərəzli olmaq və gerçəkləri məhv etməklə ittiham edib.



Qeyd edək ki, Taylanddakı Uyğurlar cümə axşamı gecəsi başlarına torba keçirilib zorla bir təyyarəyə mindirilərək Çinə göndərilib. Bu görüntüləri insan haqları müdafiəçilərinin yanında ABŞ və Birləşmiş Millətlər Təşkilatı da sərt bir dillə tənqid edib.

Deportasiya sırasındakı tətbiqə reaksiya göstərən Türkiyə də Uyğurları qaçqın olaraq qəbul etmə təklifini irəli sürüb.

Pekin, Sincandakı Uyğurların dini azadlıqlarını məhdudlaşdırdığı istiqamətindəki iddiaları da təkzib edib.


Sizin Reklam Yeriniz