Cici Hadid reklam siması oldu
Movqe.az xəbər verir ki, cazibədar model Cici Hadid Max Mara brendinin payız-qış 2015 reklam kampaniyasının siması olub. Hollivudun qızıl illərinin fotosessiyası stilində çəkilmiş reklam kampaniyasının müəllifi Corc Barrisdir. Cici müasir Merilin Monro obrazı yaradıb.
Qeyd edək ki, model 1995-ci ildə ABŞ-da fələstinli ailədə dünyaya gəlib. "Ritz-Carlton" imperiyasının sahibi olan Məhəmməd Hadidin qızı Michael Kors, Tom Ford kimi markalarla əməkdaşlıq edir.
Mənbə:http://www.buro247.az/fashion/xeberler/cici-hadid-reklam-simas-oldu.html