Əlaqə Arxiv
news Image
2015.07.15
14:20
| A A A
Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Movqe.az xəbər verir ki, iyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kann Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri təqdim olunub. Tədbirdə Azərbaycan zəngin mədəniyyətindən və qədim tarixindən bəhs olunub, qeyd edilib ki, "Bakı-2015" birinci Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunub.

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib. Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib.Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Mer Azərbaycana Fransa ilə qurulan əməkdaşlığa görə minnətdarlığını ifadə edib.

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Tədbirin sonunda Kannda ənənəvi "Pirotexnika sənəti" festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib. Beləliklə, də "Bakı Atəşfəşanlıq Qrupu" ənənəvi "Pirotexnika sənəti" festivalının açılışını edib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.Şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin əsərləri və muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunub.

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda keçirilən builki ənənəvi "Pirotexnika sənəti" festivalında Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan hadisələrindən hesab edilir. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.Bu festival Kannda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən əlamətdar və böyük tədbirlərdən biri olub. Bir neçə gün davam edən atəşfəşanlıq şousu festival qalibinin şəninə təşkil edilən yekun atəşfəşanlıqla başa çatır.

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub


Sizin Reklam Yeriniz