Movqe.az xəbər verir ki, arıqlamaq istəyirsinizsə, yayda qazlı sular və meyvə şirələrindən uzaq durmalısınız. Bütün diyetoloqlar yay aylarında həm sərinləmək, həm də kökəlmənin qarşısını almaq üçün ayran içməyi təklif edirlər.
Çünki ayran həm orqanizmi toksinlərdən təmizləyir, həm də
kökəlməyə qoymur. Ayranın tərkibində toxluq hissi verən maddələr
olduğu üçün uzun müddət acmağa qoymur. Bir növ detoks funksiyasını
yerinə yetirir. Üstəlik, yay depressiyasını aradan qaldırır.
Bazar ertəsi sindromu yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa,
göz altı qaralar sizi narahat edirsə, hətta qan azlığınız varsa,
ayran için. Çünki bu xəstəliklərin əsasında B və B12 Vitamin
çatışmazlığı dayanır. Ayran, B və B12 vitaminləri ilə zəngin
olduğundan, bu məsələdə çox təsirlidir. Üstəlik, bağırsaqların
nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə problem varsa,
ayranın müalicəvi təsiri olduğunu unutmayın və gündə mütləq1 stəkan
için.
Tərkibi:
2 qaşıq az yağlı qatıq
1 stəkan su
2 budaq şəklində şüyüd
1 çay qaşığı nanə
2 budaq cəfəri
1 ədəd doğranmış xiyar
Hazırlanması:
Bütün ərzaqları blenderin içinə atıb qarışdırın. Hazır olduqdan
sonra içinə buz əlavə edib için.
Nuş olsun!