Əlaqə Arxiv
news Image
2015.07.16
14:50
| A A A
Monte-Karlo rallisinin qızıl illəri

Movqe.az xəbər verir ki, Mini Cooper S-in uğurları onun 1962-ci ildə Monte-Karlo qəzetlərinin ilk səhifələrində əks olunması ilə başladı.

Kiçik, ancaq çox çevik Mini Cooper fin sürücü Rauno Aaltonen ilə birlikdə güclü rəqiblərini uğurla geridə qoymuşdu. Lakin yarışa liderlik edən Rauno finişə üç kilometr qalmış sürətini nəzərə almayaraq, döngədə aşdı və yalnız bir il sonra Aaltonen finiş xəttini üçüncü keçərək öncəki məğlubiyyətini bu qələbə ilə əvəz etdi. Amma ən maraqlısı hələ qarşıda idi: 63-64-cü illərin qış yarışında Paddy Hopkirk Monte-Karlo rallisində birinci yeri tutdu və bir gecədə Mini Cooper S-i motosport əfsanəsinə çevirdi.

1965-ci ildə fin yarışçısı Timo Myakinen şturman Pol İster ilə birlikdə əlverişsiz hava şəraitinə baxmayaraq, qüsursuz şəkildə finiş xəttini keçərək təntənəli qələbəni yenidən təkrarladılar. Həqiqətən də həmin ildə 237 maşından cəmi 35-i rallini başa vura bilmişdi. Seçilmiş avtomobillərin sırasında ən azı üç Mini Cooper var idi.Növbəti il üç yarışçı: Timo Myakinen, Rauno Aaltonen və Peddi Hopkirk üçü də ardıcıl qələbə qazandılar. Lakin qarşıda onları acı məyusluq gözləyirdi: hər üç maşın diskvalifikasiya olundu. Yarış hakimlərinin fikrincə, maşınların ön faraları tələblərə cavab vermirdi.

Timo Myakinen, Rauno Aaltonen və Peddi Hopkirk

Timo Myakinen, Rauno Aaltonen və Peddi Hopkirk

Cəmiyyətin Mini Cooper-in uğuruna heyrətlənməsi və hakimlərin şübhəli qərarına baxmayaraq, yarışçılar "Üç muşketyor" adlandırıldılar. Bir il sonra Aaltonen Monte-Karlo rallisində üçüncü qələbəsini qazanaraq gurultulu alqış və böyük şöhrət qazandı.

Bir çox əfsanəvi yarışçıların kariyeraları Mini Cooper-in sükanı arxasında başlanıb. Mini Cooper avtomobilləri yalnız rally-də deyil, hətta küçə yarışlarında belə qələbə qazanaraq 60-cı illərdə xeyli uğur əldə etdi. Motosport aləmində çoxsaylı qələbələri sayəsində Mini Cooper onilliyin möhtəşəm yarış maşınlarından biri seçildi.


Sizin Reklam Yeriniz