Əlaqə Arxiv
news Image
2015.07.16
19:50
| A A A
Nike əlillər üçün xüsusi idman ayaqqabısı hazırladı

Nike, həm tekstil məhsullarında, həm ayaqqabılarında yeni texnologiyaları sınamaqdan qorxmamasıyla tanınır.



Movqe.az xəbər verir ki, şirkətin fərqli texnologiyaları sınaq mövzusundakı arzusunun son nümunəsi də "Zoom Soldier 8" adını daşıyan əlillər üçün nəzərdə tutulmuş idman ayaqqabısı olub. Nike Zoom Soldier 8 Flyeasein qolunu itirmiş olanlar, serebral iflic xəstələrin və ya iflic səbəbiylə hərəkət məhdudluğu yaşayanlar tərəfindən rahatca istifadə edilməsini isə şirkətin "Flyease" adını verdiyi texnologiya təmin edir.

Topuq ətrafında dolaşan qeyri-adi bir zəncirbənd mexanizmi saxlayan bu texnologiya, tək əllə ayaqqabını bağlamağı asanlaşdırır. Flyease sayəsində ayaqqabını açmaq və ya bağlamaq tək əllə reallaşdırıla bilir.


nike-zoom-soldie

Fast Companydə yer alan xəbərə görə, Nike, Flyease zəncirbənd texnologiyasının inkişaf işlərinə 7 il əvvəl başlayıb. Nike CEO-su Scott Parker, şirkət işçilərindən birinin iflic keçirdikdən sonra sağ qolunu hərəkət etdirə bilməz hala gəlməsi üzərinə aparıcı İdmançı İnnovasiya Direktoru Tobi Hatfielddan xüsusi bir istəyi olub və çalışana kömək edəcək bir texnologiyanın inkişaf etdirilməsini istəyib. Nike Flyeasein araşdırma və inkişaf etdirmə işlərinə davam etməyi planlaşdırır.



Qeyd edək ki, Flyease texnologiyasına sahib Nike Zoom Soldier 8 Flyease, 16 iyulda satışa təqdim ediləcək.


Sizin Reklam Yeriniz