Bir məhəlləni əsl sənət əsərinə çevirdilər
Məşhur strit-art ustası Cermeyn Kryunun başçılıq
etdiyi "Germen Nuevo Muralismo Mexicano" rəssamlar qrupu Meksikanın
Paçuka ştatındakı Palmitas şəhərinin görkəmini dəyişib. Meksika
Mədəniyyət Nazirliyinin sifarişi əsasında şəhərdəki 209 ev qraffiti
əsərlərinə çevrilib. 452 ailə indi əlvan, gözəl və unudulmaz
görünüşlü məhəllələrdə yaşayır. Sizcə, Bakı məhəllələrindən birinin
zahiri görkəmini Palmitasdakı kimi dəyişsələr, necə görünər?