Qvinet Peltrou sevimli ifaçılarının adlarını əbədiləşdirdi
Movqe.az xəbər verir ki, Qvinet Peltrou öz sevimli reperlərinin adlarını klatçlarda əbədiləşdirmək qərarı verib. İdeyanın icraçısı olaraq aktrisa Edie Parker brendini seçib. Kolleksiyada Tupak Şakur, The Notorious B.I.G, Cey Zi və Eminem-in adları var.
Klatçları Goop.com saytında 1700 dollara əldə etmək olar.