Əlaqə Arxiv
news Image
2015.08.11
12:35
| A A A
Yaponiya Fukusimadan bəri ilk Atom Elektrik Stansiyasını bərpa edib

Yaponiya 2011-ci ildə baş verimiş Fukusima fəlakətindən sonra yeni təhlükəsizlik qaydalarının altında özünün ilk nüvə reaktorunu bərpa edib.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki,Yaponiyanın bütün nüvə qurğuları sunami və zəlzələ nəticəsində Fukusima stansiyasında baş vermiş böhrandan sonra tədricən qapadılıb.Ancaq sərt yeni təhlükəsizlik sınaqlardan keçdikdən sonra, Kyushu Electric Power şirkəti çərşənbə axşamı səhər saatlarında Sendai zavodunda bir nömrəli reaktoru bərpa edib.2011-ci ilin mart ayında Yaponiya sahillərində baş vermiş ən güclü zəlzələnin yaratdığı sunami 16 min nəfərin ölümünə və 2500 nəfərin itkin düşməsinə səbəb olub.Təbii fəalkət Fukusima Atom Elektrik Stansiyasında 6 reaktordan 4-ün sıradan çıxmasına və yanğın nəticəsində dağılmasına səbəb olub.Şualanma ərazisindən köçürülən 160 minə yaxın insan heç vaxt öz evlərinə geri dönə bilməyəcək.Buna görə AES-in geri qayıdışı barədə güclü ictimai narahatlıq hələ də var.Həm Sendai zavodunun, həm də baş nazir Shinzo Abenin iqamətgahının qarşısında etiraz aksiyaları keçirilib.BBC-nin Tokyodakı müxbiri Rupert Wingfield-Hayes deyib ki, 25 zavod fəaliyyətini bərba etmək üçün müraciət etsə də, əksəriyyəti narahat yerli sakinlər tərəfindən hüquqi problemlərlə üzləşiblər.Kyushi Electric Power şirkəti deyib ki, Sendai zavodundakı bir nömrəli reaktor yerli saatla 10:30-da  işə başlayıb. Zavod enerji istehsalına cümə günü başlayacaq və gələn ay bütün gücü ilə işləyə biləcək.Baş nazir Shinzo Abe açıqlamasında, reaktorların "dünyanın ən sərt təhlükəsizlik testindən" keçdiyini deyib.Bütün AES-lər qapadıldıqdan sonra Yaponiya enerji ehtiyacını idxal olunan mədən yanacaqları hesabına ödəyib.Rəsmilər bildirib ki, nüvə elektrik enerjisi idxal xərclərini azalda bilər.Seidan zavodundakı təhlükəsizlik tədbirləri üçün 100 milyon dollardan çox vəsait xərclənib.

Sizin Reklam Yeriniz