Movqe.az xəbər verir ki, NASA-nın 6 könüllüylə reallaşdıracağı Mars təcrübəsi başlayıb. Qrup dünyadan təcrid şəkildə Mars şərtlərinin olduğu bir mühitdə yaşamağa çalışacaq.
Fərqli peşələrdən 6 adam, Amerikan Kosmos və Havaçılıq Dairəsi NASA-nın Mars simulasiyasında bir il davam edəcək bir təcrübə üçün bir araya gəlib. İndiyə qədər edilmiş ən uzun Mars təcrübəsi olacaq proyektdə, iştirakçılar xarici dünyadan təcrid bir şəkildə 12 ay ərzində Marsdakı həyat şərtlərini yaşamağa çalışacaqlar. Qrupda Fransız bir astrobiyolog, bir Alman fizikaçı, pilot, memar, jurnalist və torpaq alimi olan 4 Amerikalı yer alır.
Təcrübəyə qatılan könüllülər kiçik bir daxmada yatacaq və otaqlarında bir masa olacaq. Toz halına gətirilmiş pendir və konserv ton balığı könüllülərin daxmasında yer alacaq. Təcrübədə çıxa biləcək texniki problemlərin xaricində, elm insanları kiçik bir məkanda uzun müddət dünyadan təcrid bir şəkildə yaşayan insanlar arasında çıxa biləcək psixoloji və ictimai problemləri də müşahidə edəcəklər. NASA mütəxəssislərindən Kim Bisted, "Məncə heç bir zaman qarşısını ala bilməyəcəyimiz şey insanlar arasında çıxan qarşıdurmalardır. Ən yaxşı insanları seçsəniz də uzun sürən vəzifələrdə bu tip problemlər olacaq " deyə danışıb. Elm insanları gerçək bir Mars vəzifəsi müddətinin 1 ilə 3 il davam edə biləcəyini söyləyiblər.