43 milyon dollara satıldı
Klod Monetin məşhur "Nympheas" adlı rəsm əsəri 43 milyon dollara satıldı.
Movqe.Az bildirir ki, Fransız rəssam Klod
Monetin məşhur "Nympheas" adlı rəsm əsəri Nyu Yorkda keçirilən
hərracda 43 milyon dollara alıcı tapıb. BBC-nin xəbərinə görə,
"Christie's" hərrac evində adının açıqlanmasını istəməyən bir
kolleksiyaçı Monetin rəsm əsəri üçün 43 milyon dollar ödəyib.
Monetin 1905-ci ildə tamamladığı yağlı boya ilə çəkilmiş əsərinin
30-50 milyon dollar arasındakı məbləğdə alıcı tapması gözlənilirdi.
Xatırladaq ki, fransız rəssamın 1919-ci il tarixli "Le Bass Aux
Nympheas" adlı əsəri isə 2008-ci ildə Londondakı "Christie's"
hərrac evində 80,4 milyon dollara satılmışdı.