1 milyon cipi geri çağırıb
Movqe.az xəbər verir ki, avtomobil nəhəngi
"Chrysler", dünya səviyyəsində təxminən 920 min cipi geri çağırıb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsi (NHTSA) hesabatlarına
görə 2002-2004 model "Grand Cherokee" və "Liberty SUV" cip
modellərində hava yastığı problemi təsbit edilib. Sözügedən
modellərdə olan hava yastığı modullarındakı problem səbəbiylə ön və
yan hava yastıqlarının gözlənilməz bir anda özbaşına açıldığı,
bunun da qəzalara və yaralanmalara gətirib çıxardığı ifadə edilib.
Şirkətdən edilən şərhdə geri çağırılacaq avtomobillərin təxminən
745 mini ABŞ-da, 50 mini Kanadada, 22 mini Meksikada və 103 mini də
Şimali Amerika xaricindəki bölgələrdə yerləşir.