Hazır yeməklər şəkər xəstəliyinə səbəb olur
Movqe.Az bildirir ki, Dünyada yüksək yağ
ehtiva edən yemək istehlakının artımı və ailələrin evdə yemək
hazırlamaq yerinə çöldəki hazır yeməklərə üstünlük verməsi şəkər
xəstəliyinin yaranmasında öz təsirini göstərir. Mütəxəssislərə
görə, uşaqların oyun oynamaqla keçirəcəyi zamanları kompüter
qarşısında oturaraq keçirmələri də şəkər xəstəliyinin artımına
səbəb olur.14 noyabr Dünya Diabet Günündən əvvəl mütəxəssislər bu
xəstəliyin səbəbləri haqqında məlumat veriblər. Şəkərlə əlaqədar
danışılan bəzi səhvlərə diqqət edərək həkimlər, daima davam edən
bir xəstəliklə mübarizə üçün doğru müalicə yanaşmalarının
əhəmiyyətli olduğunu vurğulayıblar. Son zamanlar uşaq və gənclərdə
"Tip 2" adı verilən diabet növünün sürətlə artdığını dilə
gətirərək, "Bu artım qidalanmada baş verən dəyişiklik və
hərəkətsizliklə bağlıdır." deyiblər. Yüksək miqdarda şəkər qəbul
etməklə diabet xəstəsi olmayacağını söyləyən həkimlər bildiriblər
ki, "Ancaq şəkər və şəkər ehtiva edən yeməklərin çox miqdarda
qəbulu yalnız çəkinin artmasına səbəb ola bilər. Əgər bir insanın
şəkər xəstəliyinə tutulma ehtimalı varsa köklük şəkərin ortaya
çıxmasını sürətləndirər. Bitkilərin qəbulu ya da qaynadıldıqdan
sonra içilməsi qandakı şəkərin miqdarını qətiliklə aşağı salmaz.
Qandakı şəkərin miqdarı aşağı düşərsə təcili tədbir olaraq 2-3 ədəd
qənd ya da qlükoza həb qəbul etmək lazımdır. 1 stəkan şəkərli meyvə
suyu da içilə bilər."