Balacalar podiuma çıxdı
"Dünya azərbaycanlılarının həmrəylik günü" münasibəti ilə azyaşlı uşaqlar (5-12 yaş) arasında moda müsabiqəsi keçirilib. Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, müsabiqə zamanı azyaşlı uşaqlar gənc dizaynerlərin hazırladığı geyimlərdə podiuma çıxıblar. Onların geyiminə isə münsiflər heyəti qiymət verib. Sonda birinci yeri dizayner Gülüm Əsədullayevanın hazırladığı Özbəkistan və Fransa geyimləri tutub. İkinci yeri Vüsalə Axundova, üçüncü yeri isə Mehriban Əhmədova qazanıb. Münsif kürsüsündə stilist Anar Ağakişiyev, model Könül Əzizova, Model agentliyinin rəhbəri (FMS) Lyubov Qutorova, dizaynerlər Zümrüd Mirzəliyeva və Səbinə Hüseynova əyləşib.