"Ölkənin şərqində yaşananların fərqindəmisiniz?"
Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdə müəllimə kimi çalışan Ayşe Çelik Beyaz Show canlı yayımına bağlanıb. "Ölkənin şərqində yaşananların fərqindəmisiniz?" sualıyla danışmağa başlayan müəllimə Çelik, medianın mövqeyinə işarə edərək, "Burada yaşananlar ekranlarda çox fərqli köçürülür. Səssiz qalmayın. İnsan olaraq bir az daha həssaslıqla yaxınlaşın. Görün, duyun və artıq bizə əl verin. təəssüf; insanlar ölməsin, uşaqlar ölməsin, analar ağlamasın, -deyə türk xalqına müraciət edib.