Ölümünü düşünüb bütün pulunu xərclədi
Movqe.az xəbər verir ki, İngiltərədə
yaşayan 37 yaşlı Liza Russel ağciyər xərçəngi olduğunu öyrənəndə
yığdığı bütün pulunu uşaqlarında gözəl xatirələr qoya bilmək üçün
gəzintilərə xərcləyib. Hətta öz cənazəsini planlayıb, iki qızına
ölümündən sonra oxumaları üçün məktublar hazırlayıb. Əvvəlcə
uşaqlarının atası Antoni ilə evləndi. Xəstəliyi ərzində cəmi 20 min
sterlinq xərcləyən ailə aprel ayında xoşbəxt xəbəri aldı. Russelə
xərçəngdən xilas olması xəbəri verildi. Uşaqlarına "heç bir yerə
getmirəm" dediyi günün həyatının ən gözəl günü olduğunu söyləyən
Russell "Çox şanslıyam. Xərclədiyim pul üçün də peşman deyiləm
"deyib.