Sürətli interneti sınadılar
Movqe.az xəbər verir ki, "Kaszas City"
sakinləri "Google"ın saniyədə 1 gigabitlik fiber optik internet
xidmətini evlərində sınamağa başlayıb. "Google Fiber" olaraq da
bilinən yeni internet xidməti hazırda yalnız Kanzasın bəzi
bölgələrində sınanmaqdadır. Rəsmilər tərəfindən edilən şərhdə ultra
sürətli internet xidmətini istifadə edənlərin saniyədə 1
gigabit məlumat transferi edə biləcəyini və bu səbəblə artıq
internetdə gözləmə dövrünün sona çatacağı bildirilib. İndi
"Google"ın yeni texnologiyası sayəsində böyük faylları çox sürətli
bir şəkildə paylaşa və onlayn təhsil, sağlamlıq xidmətləri kimi
sahələr üçün lazım olan yüksək sürətli internet texnologiyasını
əldə edə biləcəklər. Kanzasdakı məktəblər, kitabxanalar və
xəstəxanaların da faydalanacağı bu xidməti istifadə etmək
istəyənlər 2013-cü ilin sonunu gözləməli olacaq.