Ən bahalı qaraj
Movqe.az xəbər verir ki, Lüks avtomobil
markalarından olan "Ferrari" İtaliyadakı mərkəzində xüsusi bir
qaraj sərgisi açıb. 275 GTB Dino, Daytona Spider və 512BB kimi
klassik modellər ilə yanaşı, 2000-ci illərin modellərinin də yer
aldığı ölkənin şimalındakı Maranello qəsəbəsindəki muzeydə
sərgilənən avtomobillərin bir çoxu, markanın iyul ayında dünyasını
dəyişən banisi Sergio Pininfarina tərəfindən hazırlanıb. 7 yanvara
qədər davam edəcək sərgidə, Pininfarinanın son dizaynı, 2010-cu ilə
aid olan və məhdud sayda çıxarılan Ferrari SA Aperta da yer alıb.
Pininfarinanın oğlu "Bu sərgi atamı şərəfləndirmək üçün ən yaxşı
vasitə olub" deyib.