Canlı yayımda aparıcıya hücum etdi
ABŞ-ın Los-Anceles şəhərindəki KTLA 5 telekanalının reportyoru və teleaparıcısı Meri Bet MakDeyd canlı yayımda olarkən hücuma məruz qalıb.Movqe.az Daily Mail-ə istinadən bildirir ki, hadisə Hollivuddakı "Walk of Fame" xiyabanında baş verib.Meri Bet MakDeyd məşhur ingilis müğənni və bəstəkar Devid Bouinin vəfatı ilə bağlı keçirilən anım tədbirindən translyasiyada olarkən teleaparıcının arxasında durmuş boz paltarlı yeniyetmə qəflətən ona hücum edib.Polis yeniyetməni saxlayıb. Bu şəxs ictimai yerdə əxlaqsızlıqda suçlanır.