"Mən axmağam" deyərək insanlardan üzr istədi
Movqe.az xəbər verir ki, ABŞ-da, dayanan avtobusun keçməsini gözləmədən yoluna səkidən davam edən sürücü qanunda yazılmayan bir cəza alıb. Sürücü üzərində "mən axmağam" yazılan afişayla küçəyə çıxaraq insanlardan "üzr istəyib".
CBS televiziyasının xəbərinə görə, 32 yaşlı Hardin nəqliyyatın sıx olduğu küçədə əlində bir afişayla iki gün gözləyib.
Hardinin tutduğu afişada isə bunlar yazılıb: "Yalnız axmaqlar bir məktəb avtobusunu keçmək üçün səkiyə çıxar"