Elektron poçtla tvit göndərmək mümkündür
Movqe.az xəbər verir ki, sosial şəbəkə
"Twitter"də artıq tvitlər e-mail yolu ilə tvitr istifadəçisi
olmayanlara göndərilə biləcək. "Twitter"da hesabınız olmadan da nə
baş verdiyini izləyə biləcəksiniz. Tvitlər artıq elektron poçtla da
paylaşa bilinəcək. Bu haqda saytın rəsmi səhifəsində deyilib.
Tvitləri e-mail vasitəsilə paylaşa bilmək üçün "www.twitter.com"
adresindən istifadə etmək lazımdır. Bu tətbiqin növbəti həftədən
başlayaraq istifadə edilə biləcəyi qeyd edilib.