Movqe.az xəbər verir ki, Serbiyada dünyanın ən bahalı pendiri hazırlanır. Beləki məşhur Zasaviça kurortundakı Kukujevçi qoruğunda istehsal olunan pendir uzunqulağın südündən ərsəyə gətirilir. Bura eşşək pendirinin hazırlandığı yeganə yerdir. Serblərin "pule" dedikləri 1 kilo pendirin alınması üçün 25 litr təmiz süd lazım olur. Pendirin 1 kilosu 1000 avroya qədər satılır.
Ağ pendir dadına görə ispanların mançeqo pendirinə bənzəyir, lakin ondan daha dadlıdır. Mançeqonun 1 kiloqramı isə 18 dollara satılır . Ferma satışa eşşək pendiri ilə yanaşı, süd də çıxarır. İnsan üçün çox xeyirli olduğu deyilən südün yağlılığı cəmi 1 faizdir. İnəklə müqaisədə uzunqulağın südü C vitamini ilə 60 dəfə daha çox zənqin olduğu bildirilir. Tərkibindəki vitaminlərin yox olmaması üçün süd qaynadılmadan çiy halda içilir. Serbiyanın paytaxtı Belqraddan 80 kilometr qərbindəki fermada çalışanların dediklərinə görə, ulaqların südü insan üçün çox xeyirdir. Kukujevçidəki fermada 130 ulaq bəslənilir. Onlar əl ilə gündə 3 dəfə sağılırlar. Fermanın sahibi Slobodan Simiçin sözlərinə görə, biznes sürətlə inkişaf edir və yaxın vaxtlarda pendiri ABŞ, Böyük Britaniya və Almaniyaya ixrac etmək fikrindədir. Deyilənə görə, bu süd Kleopatranın gözəllik sirri olub. Əfsanələrə görə, Misir şahzadəsi hər gün uzunqulağın (eşşəyin) südünü içirmiş.