İnternet və elm aləmində yeni tərəqqi olacaq!
Movqe.az xəbər verir ki, Qırmızı
planet Marsa avqust ayında enən kosmos vasitəsi "Curiosity"in çox
əhəmiyyətli bir kəşf etdiyi bildirilib. İnternet mühiti və elm
aləmində həyəcan yaradan tərəqqinin nə olduğu hələ də bilinmir.
Amerika Kosmos və Aviasiya Təşkilatı NASA-dan geoloq Con Grotzinger
yalnız "Curiosity-nin əldə etdiyi ən son tapıntılar, tarix
kitablarına keçəcək. Həqiqətən çox təsir edici görünür"deməklə
kifayətlənib. O, NASA-nın nəticələrilə əlaqədar 3-7 dekabr arasında
San Franciskoda təşkil ediləcək 2012-ci il Amerika Geofizika
Birliyinin konfransında açıqlama edəcəyini söyləyib. Marsda
orqanizm qalığı tapıldığı da iddialar arasındadır.