"İlin adamı" namizədlərinə səsvermə davam edir
Movqe.Az bildirir ki, Time jurnalı 2012-ci
ilin sonlarına yaxın hər il olduğu kimi "İlin Adamı"
namizədlərinə səs verməyi təqdim edib. Namizədlər arasında fevral
ayında Rusiya lideri Vladimir Putinə dəstək olan ortadoks kilsəsinə
etiraz etmək üçün Moskvada bir kilsədə mahnı oxuyaraq rəqs edən rus
pank qrupu "Pussy Riot" da var. "Time", qrupun namizədliyini "Azad
düşüncənin və əleyhdar görüşlərin tez-tez cəzalandırıldığı bu ildə
rus feminist pank qrupu "Pussy Riot" siyasi fikirlərini provokatif
bir dillə ifadə etdi." sözləri ilə açıqlayıb. Ümumi 40 namizəd
arasında Mitt Romni, çinli müxalif sənətçi Ai Ueiuei, Suriya Dövlət
Başçısı Bəşər Əsəd, ABŞ Prezidenti Barak Obama, Misirin yeni
Prezidenti Məhəmməd Mursi, "Apple" şirkətinin icraçı baş rəhbəri
Tim Kuk, pakistanlı gənc fəal Malalan Yusufzay, müğənni Cey-Z,
"Gangnam Style" mahnisi ilə tanınan müğənni Psy var. "Time"ın
redaktorları tərəfindən seçiləcək "İlin Adamı" 14 dekabrda
açıqlanacaq. "Time"ın internet saytı vasitəsilə də namizədlərə səs
vermək mümkündür.