Əgər 21 Dekabr fərziyyəsi doğru olsaydı..
Movqe.az xəbər verir ki, ABŞ Milli Aviasiya
və Kosmos Dairəsi (NASA), Maya təqviminə görə dünyanın 21 dekabrda
yox olacağı ilə bağlı iddiaları aradan qaldırmaq üçün internet
saytında xüsusi bir proqram hazırlayıb. Dünyanın sonu ilə əlaqədar
iddiaların mənşəyi, Maya təqvimi, planetlərin sıralanması və Niburu
planeti kimi mövzularla əlaqədar suallara cavab verən NASA,
Dünyanın 2012-ci ildə yox olmayacağını bildirib. Nibiru planeti ilə
əlaqədar heç bir məlumat olmadığına diqqəti çəkən NASA, "Əgər bu
planet həqiqi olsaydı və Yer ilə toqquşacağı ehtimlı olsaydı, bunu
ən az 10 il əvvəldən bilərdik. Həmçinin indidən onu səmada adi
gözlə görə bilərdik. Maya təqviminin 21 dekabrda sona çatmadığını
işarə edən NASA, "Eynilə evlərimizdəki təqvimin kimi 1 yanvarda
yenidən başlaması kimi Maya təqvimi də 21 dekabrdan sonra yeni bir
dövrə başlayır" ifadəsini işlədib.