Rustavi şəhərində Heydər Əliyevin adını daşıyan park açılacaq
Mövqe.az-ın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanda səfərdədir. Nazir Azərbaycan xalqımın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gürcüstanda təşkil olunan bir sıra tədbirlərdə iştirak edəcək. Səfər proqramına paytaxt Tiflisdə Ulu Öndərin adını daşıyan parkın, sahil bağında Heydər Əliyev memorialının ziyarət olunması, Gürcüstan Mədəniyyət Nazirliyində görüş, Rustavi şəhərində Heydər Əliyev parkının açılışı daxildir.
Bundan əlavə, mədəniyyət və turizm naziri Tiflisin Botanika bağında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət edəcək, böyük ədibin ev-muzeyinin təmir-bərpadan sonra açılışında iştirak edəcəkdir.