Əlaqə Arxiv
news Image
2013.07.31
16:26
| A A A
“Musiqi yarışlarına pis gözlə baxanların...”

Heç bir təhsil görməyən müğənnilərin efirə çıxıb populyarlaşmasında və şou-biznesin problemli simalarına çevrilməsində musiqi müsabiqələrinin rolu az deyil. Bu cür yarışlar istedadlı gənclərin üzə çıxmasına müəyyən töhfə versə də, ümumi nəticə həmişə ürəkaçan olmur. Məsələ ilə bağlı Mövqe.az mütəxəssislərin rəyini öyrənib. "Soy" prodakşnın "Yeni ulduz" musiqi yarışmasında uzun illər münsiflik edən xalq artisti Mübariz Tağıyev bildirib ki, istedadlı gənclərin savad alması gərəkdir: "Ancaq təcrübə göstərir ki, musiqi savadı olmayanlar da müəyyən zirvələri fəth edə bilirlər. Əsas odur, istedad olsun. Ali savadı sonra da almaq mümkündür". "Neçə illərdir "Yeni ulduz" musiqi yarışmasında dəyişməz münsifsiniz. Müsabiqədə 1-ci və 2-ci yerləri tutanların musiqi savadı olurmu?" sorğusuna M.Tağıyev belə cavab verib: "Bu suala cavab vermək qəlizdir. Dəqiq cavabı bilmək olmur... Bir də, nə olsun həmin musiqi yarışlarında iştirak edənlərin çoxlarının musiqi savadları yoxdur? İstedad ki var... Onlara qulaq asanda, ifalarına baxanda başa düşmək olur ki, gələcəkdə səhnəyə çıxa bilər, ya yox. Əsas odur, müğənninin səs diapozonu geniş olsun, səs imkanları yaxşı olsun. Oxumaq üçün müəyyən vacib amillər var. Savad alıb, səsi olmasa həmin gənc necə oxuya bilər?! Ona görə deyirəm: Əvvəl istedaddır, sonra təhsil". "

Yeni ulduz" layihəsinin təşkilatçılarından və münsiflərindən olan, musiqi yarışmasının iştirakçılarına daim iradlarını bildirən rejissor Oqtay Əliyev özünü haqlı sayır: "Bəli, olub ki, "Yeni ulduz" musiqi yarışmasında birinci və ikinci yer tutanlara da etirazımı bildirmişəm. Amma bu irad və gileylərin onların musiqi təhsilinə aidiyyəti olmayıb. Sadəcə, hesab eləmişəm ki, həmin kəslər səs imkanlarına, səhnə görünüşünə görə yuxarı erlərə layiq deyillər. Ancaq musiqi yarışmasına gələn gənc ifaçının yaxşı səsi varsa, səhnə görünüşü yerindədirsə, musiqi təhsilinin olmaması heç bir əhəmiyyət kəsb etmir. Camaat tərəfindən tanınandan sonra həmin müğənni istəsə gedb musiqi təhsili də ala bilər. İnanmıram ki, təhsil nəyisə dəyişsin. Elə adam var, oxuya bilmir, elə hey xırıldayır. Amma evində 5 musiqi diplomu var". İfaçı yarışlarında iştirak üçün musiqi savadını əsaslı amil saymayan "SOY" rəhbəri O.Əliyevin fikri birmənalıdır: "Bu, qətiyyən önəmli deyil. Musiqi yarışı peşəkar kadr hazırlamır. Biz ifaçı hazırlamırıq ki, sabah harasa yollayaq. Bu, əyləncə yarışıdır, boş vaxtın səmərəli istifadəsi üçün təşkil olunur. "Bəxtiyar" filmindəki özfəaliyyəti yada salın. Ancaq bir şeyi də diqqətinizə çatdırım. Elə olur, keçmişdə də, elə indi də, həmin özfəaliyyət dərnəklərindən məşhurlar, böyük istedadlar çıxır. Musiqi yarışında iştirak edib, tanınan müğənni sonradan öz üzərində işləməli və musiqi savadı almalıdır. Bu da onun öz inkişafı üçün lazımdır". O.Əliyev musiqi yarışmalarını bəyənməyən, bu müsabiqələrdə məşhurlaşmış müğənniləri qəbul etməyən sənət adamlarına da mesaj göndərib: " Həmin adamlar boş-boş danışırlar. Yaydır, nədən danışsınlar... Söz-söhbətləri bitib".

Sizin Reklam Yeriniz